ABŞ-da salmonella epidemiyası: 6 nəfər xəstəxanaya yerləşdirilibbackend

ABŞ-da salmonella epidemiyası: 6 nəfər xəstəxanaya yerləşdirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri mal ətinin səbəb olduğu Salmonella epidemiyasına görə ABŞ-ın şimal-şərq ştatlarında 16 nəfərin xəstələndiyini, 6 nəfərin xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

ABŞ-da Salmonella epidemiyasında Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) Nyu-York, Nyu Cersi, Konnektikut və Massaçusets ştatlarında ümumilikdə 16 hadisənin aşkar edildiyini qeyd edib.

Epidemiya səbəbiylə 6 nəfər xəstəxanaya yerləşdirilərkən, hadisələrin yeganə ortaq nöqtəsinin yedikləri ət olduğu müəyyən edilib, lakin qiymə üçün hələ də geri çağırış verilməyib.

Xəstələrin faktiki sayının daha çox ola biləcəyi və başqa əyalətlərdə də müşahidə oluna biləcəyi qeyd edilsə də, araşdırmaların davam etdiyi bildirilib.

Salmonella xəstəliyinin simptomlarına ishal, ürəkbulanma, qusma və qızdırma daxildir.

Əksər hallarda simptomlar bir neçə gün ərzində yox olsa da, xüsusilə gənclərdə və immun sistemi zəif olanlarda zaman-zaman xəstəxanaya müraciət etmək lazım gələ bilər.