ABŞ-da yenidən atışma olub.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Filadelfiya şəhərində bir nəfərin təsadüfi atəş açması nəticəsində 4 nəfər ölüb, 4 nəfər yaralanıb.
Hücumla bağlı bir nəfərin saxlanıldığı açıqlanıb.
Bildirilib ki, şübhəli şəxs gülləkeçirməz jilet geyinib, üzərində tüfəng və tapança olub.
Hücumun hansı səbəbdən baş verdiyi barədə məlumat verilməyib.