ABŞ-da tankerin qəzaya uğraması nəticəsində estakada çökübbackend

ABŞ-da tankerin qəzaya uğraması nəticəsində estakada çöküb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Pensilvaniya əyalətində estakadaya dəyən tankerin yanması nəticəsində ölkənin ən əhəmiyyətli magistrallarından biri olan I-95 ikitərəfli hərəkətə bağlanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Nyu-York ilə paytaxt Vaşinqton arasında əsas əlaqəni təşkil edən I-95 magistralının Filadelfiya şəhər hissəsindəki yerüstü keçid tankerin təsadüfən yanması nəticəsində dağılıb.

Filadelfiya polisi mətbuata açıqlamasında alovlandırıcı maddələrlə yüklənmiş tankerin uzun müddət yandığı və yayılan istinin estakadanın polad konstruksiyasını zədələyərək çökməsinə səbəb olduğu barədə məlumat bildirib.

Tankerdən yüksələn alov nəticəsində magistralın hər iki tərəfi təxminən 3,5 kilometr nəqliyyat üçün bağlanıb, dövlətlərarası əlaqə yolunda uzun növbələr yaranıb.

Ölən və yaralananların olmadığı hadisə ilə bağlı istintaqın davam etdiyi açıqlanıb.

Ağ Evin mətbuat sözçüsü Karine Jean-Pierre, ABŞ-ın paytaxtı Vaşinqtondan təxminən 2 saat yarımlıq məsafədə olan qəzadan sonra prezident Co Baydenin Twitter-də paylaşdığı paylaşımda hadisə ilə bağlı məlumat verildiyini bildirib.

ABŞ Nəqliyyat Naziri Pit Buttigieg Pensilvaniya qubernatoru Şapiro və Federal Avtomobil Yolları Administrasiyasının rəhbərləri ilə əlaqə saxladığını söyləyib.