ABŞ-ın Cənubi Karolina əyalətində 5 nəfəri daşıyan tək mühərrikli “Piper PA-32” tipli təyyarə havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb, 1 nəfər ölüb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Polis məmuru Patrick Wilkinson kiçik təyyarənin bölgədəki qolf meydançası yaxınlığında qəzaya uğradığını bildirib.
Təyyarənin təcili yardım və xilasetmə qrupları hadisə yerinə gəlmədən qəzaya uğradığı bildirilib, ilk təsbitlərə görə təyyarədə olan bir nəfərin öldüyü qeyd edilib.