ABŞ-da zooparkda yanğın: bütün heyvanlar tələf oldubackend

ABŞ-da zooparkda yanğın: bütün heyvanlar tələf oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Florida ştatındakı zooparkda baş verən yanğında demək olar ki, bütün heyvanlar tələf olub.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Bu gün səhər ABŞ-ın Florida ştatında, Madeyra-Biç şəhərində Alligator və Vəhşi Təbiət Kəşf Mərkəzində yanğın baş verib.

Vəhşi təbiət mərkəzinin sahibi Sonny Flynn yerli kanala bildirib ki, mərkəzdə məməlilər, kərtənkələlər, amfibiyalar, tısbağalar və timsahlar da daxil olmaqla 250 heyvan yaşayır.

Bildirilib ki, mərkəzdəki heyvanların əksəriyyəti əvvəllər mülkiyyətində olan, lakin onlara qulluq çətinliyi səbəbindən geri gətirilən heyvanlardır.

Səlahiyyətlilər yanğının səbəbini öyrənmək üçün araşdırmalara başladıqlarını bildiriblər.