ABŞ-dan qaçanlara kömək edən xarici dövlət rəsmiləri üçün yeni viza müraciətibackend

ABŞ-dan qaçanlara kömək edən xarici dövlət rəsmiləri üçün yeni viza müraciəti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ qaçaqların ədliyyə sistemindən qaçmasına kömək edən xarici dövlət rəsmiləri və agentləri üçün yeni viza siyasəti tətbiq edəcəyini açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

ABŞ Dövlət Katibi Antoni Blinken yeni tətbiqi açıqlayıb.

Yeni viza müraciətinin “Fallon Smart Policy” olacağını ifadə edən Blinken sözügedən şəxslərin yaxın ailə üzvlərinin də bu müraciətə məruz qala biləcəyinə diqqət çəkib.

Tətbiqin adını 2016-cı ildə çarpışma nəticəsində dünyasını dəyişən 15 yaşlı Fallon Smartdan aldığını bildirən Blinken hadisəyə səbəb olan xarici vətəndaşın “öldürmə” ittihamı ilə mühakimə olunmamaq üçün ABŞ-dan qaçdığını xatırladıb.

Blinken qeyd edib ki, yeni viza siyasəti qaçaqların ədliyyə sistemindən qaçmasına kömək edən xarici dövlət rəsmiləri və agentlərinə şamil ediləcək.

Fallon Smart 2016-cı il avqustun 19-da yolu keçərkən yüksək sürətlə gələn avtomobil tərəfindən vurularaq ölüb.

Qəzanı törədən Səudiyyə Ərəbistanı əsilli şəxs polisə təslim olub.

“Qətl” ittihamı ilə mühakimə olunacaq şübhəli məhkəmədən əvvəl ABŞ-dan qaçmışdı.

Səudiyyə Ərəbistanı rəsmilərinin qaçağa kömək etdiyi iddia edilib.