İraq hakimiyyəti ölkədəki bütün iranyönlü qruplara, o cümlədən Həşd əş-Şabiyə nəzarət etməlidir.
İnterpress.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü kürdlərin “Rudaw” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, onlar İraq Silahlı Qüvvələrinin komandanlığı altında olmalıdırlar.
“Biz daim İraq hökumətini bu qruplara qarşı sərt tədbirlər görməyə və İraq qanunlarını pozduqlarına görə məsuliyyətə cəlb etməyə çağırırıq”, – Amerika rəsmisi qeyd edib.
Həşd əş-Şaabi İraqın şiə yarımhərbi təşkilatıdır və tamamilə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nəzarətindədir. O, 2014-cü ildə yaradılıb.
Bu, müxtəlif silahlı birləşmələrin çətir təşkilatıdır və onların ümumi sayı 200 minə yaxın yaraqlıdır.
Xuraman Etibarlı
İnterpress.az