Azərbaycan mətbuatı bu gün dünyada öz sözünü deyən durumdadır – Politoloqbackend

Azərbaycan mətbuatı bu gün dünyada öz sözünü deyən durumdadır – Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan milli mətbuatı 150 illik yubileyini qeyd edir. 1875-ci il iyul ayının 22-də Azərbaycan dilində nəşr olunan “Əkinçi” qəzeti milli mətbuatımızın doğum tarixi kimi qeyd olunur. Cəmi 25 ay fəaliyyət göstərənbu qəzet ilk jurnalist nəslinin formalaşmasına yol açıb. Milli mətbuatımızın qürur yeri olan “Əkinçi” fəaliyyət göstərdiyi 2 il ərzində azərbaycançılıq, müasirləşmə, milli özünüdərk kimi bəşəri dəyərləri təbliğ edib, müstəqil demokratik mətbuatın təməlini qoyub.

Bugünkü bayram münasibətilə media nümayəndələrinə ürək sözlərini politoloq Tural İsmayılov İnterpress.az-la bölüşüb.

“Əvvəla hər birinizi təbrik edirəm. Bol uğurlar və yaradıcılıq nailiyyəti arzulayıram!

Azərbaycan mətbuatı böyük bir yol keçib. Bu gün milli mətbuatımız qürur duyulası bir vəziyyətdədir.

Cənab Prezident də Şuşadakı Qlobal Media Forumunda Azərbaycan mediasının bu gün gəldiyi nöqtəni xüsusui qeyd etdi.

Hər bir halda Azərbaycan mətbuatı bu gün dünyada öz sözünü deyən və bu sahədə ciddi nəticələr əlgə etmiş bir durumdadır”, – politoloq bildirib.

Xuraman Etibarlı

İnterpress.az