İrəvanda avtomobilə propan qazı dolduran kişilər ölümdən dönüblər.
İnterpress.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. Bildirilir ki, İrəvanda ermənilər maşına qaz doldurarkən təhlükəsizlik qaydalarına laqeyd yanaşıblar və yanıq xəsarətləri alıblar. Lakin onlar sağ qala biliblər.
“Təxminən saat 19:50 radələrində avtomobilə maye qazla yanacaq doldurularkən partlayış baş verib, ardınca yanğın baş verib”, – məlumatda deyilir.
İki nəfər yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Təhlükəsizlik qaydalarına əsasən, təbii qaz və ya propan doldurarkən avtomobili tərk etmək tələb olunur.
Hadisənin görüntüləri kameralara düşüb.
Xuraman Etibarlı
İnterpress.az