Gürcüstan sosial şəbəkələrində əsas mövzulardan biri Castin Timberleykin hərəkətləridir.
İnterpress.az xəbər verir ki, bu barədə gürcü mediası yazıb. Biuldirilir ki, ötən gün Gürcüstanda konsert verən məşhur amerikalı estrada ulduzu Castin Timberleyk Gürcüstan bayrağını təhqi edib.
Sosial şəbəkələrdə gürcülər musiqi zövqlərini və ya tədbirin təşkilini deyil, müğənninin hərəkətlərini müzakirə edirlər.
50 mindən çox tamaşaçının iştirak etdiyi son konsertdə məşhur ifaçı iki dəfə Gürcüstan bayrağını təpikləyib.
Onun bu hərəkətləri gürcüləri qəzəbləndirib və müğənnidən üzr istəməsini tələb ediblər.
Xuraman Etibarlı
İnterpress.az