Narendra Modi Hindistanın ən uzunmüddətli ikinci baş naziridir – “India Today”backend

Narendra Modi Hindistanın ən uzunmüddətli ikinci baş naziridir – “India Today”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın baş naziri Hindistanın ən uzunmüddətli ikinci baş naziri olub.

İnterpress.az xəbər verir ki, bu barədə “India Today” qəzeti məlumat yayıb.

Məlumata görə, Hindistanın baş naziri Narendra Modi daha bir siyasi uğura imza ataraq İndira Qandinin rekordunu geridə qoyub və Hindistanın ən uzunmüddətli ikinci baş naziri olub.

2025-ci il iyulun 25-də baş nazir Modinin vəzifədə olduğu 4078 gün qeyd olunub.

Bu nailiyyət sayəsində Modi müstəqil Hindistan tarixində ölkənin ilk baş naziri olan Cəvahirləl Nehrudan sonra ikinci ən uzun müddətli baş nazir olub.

Xuraman Etibarlı

İnterpress.az