Paşinyan Ermənistanın Avrasiya İqtisadi İttifaqında fəaliyyətini davam etdirəcəyini təsdiqləyib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk deyib.
O deyib ki, Paşinyan Mişustinlə görüşdə Ermənistanın Avrasiya İqtisadi İttifaqında fəaliyyətini davam etdirəcəyini təsdiqləyib.
Overçuk bildirib ki, Rusiya və Ermənistan Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlığı müzakirə edir.
Onun sözlərinə görə, Moskva da bu qarşılıqlı əlaqə ilə bağlı bir sıra məsələlərdən narahatlığını bildirib.
Xuraman Etibarlı
İnterpress.az