İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri telefonla DANIŞDIbackend

İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri telefonla DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri Əraqçi və bin Fərhan arasında telefon danışığı olub.

İnterpress.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Onlar regional və beynəlxalq hadisələr, xüsusən də Qəzza zolağında baş verənləri müzakirə ediblər.

Əraqçi səudiyyəli həmkarına İran və “Avropa üçlüyü” arasında bugünkü danışıqlar barədə məlumat verib.

Öz növbəsində bin Fərhan İran xalqını dəstəklədiyini, eləcə də Ər-Riyadın Zolaqda atəşkəs rejiminə kömək etməyə hazır olduğunu bildirib.

Xuraman Etibarlı

İnterpress.az