Ramzan Kadırov Bodrumdakı Amerika xəstəxanasında MÜALİCƏ ALIRbackend

Ramzan Kadırov Bodrumdakı Amerika xəstəxanasında MÜALİCƏ ALIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kadırovun dünənki boğulmadan sonra xəstəxanada müalicə aldığı bildirilir.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Çeçenistan respublikasının rəhbəri Ramzan Kadırovun Bodrumdakı Amerika xəstəxanasında müalicə aldığı məlum olub.

Onun səhhətinin stabil olduğu, lakin müalicə üçün hələ də bir müddət xəstəxanada yatmalı olduğu qeyd olunub.

Xatırladaq ki, dünən günorta saatlarında Kadırov Muğla sahillərində az qala boğulacaqdı.

O, xilasedicilər tərəfindən xilas edilib, çimərlikdə ilkin tibbi yardım göstərilib və özəl xəstəxanaya yerləşdirilib.

Xuraman Etibarlı

İnterpress.az