Livan İsraillə münasibətləri normallaşdırmağa hazırdır – Barakbackend

Livan İsraillə münasibətləri normallaşdırmağa hazırdır – Barak

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Livanın bəzi dairələri İsraillə münasibətləri normallaşdırmağa hazırdır.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ-nin Suriya üzrə nümayəndəsi Tomas Barak bildirib.

ABŞ-ın Suriya üzrə elçisi deyib ki, o, “Livanın müəyyən dairələrinin İsraillə münasibətlərin normallaşdırılması prosesində iştirak etməyə hazır olduğunu hiss edir”.

Lakin eyni zamanda hökumət rəsmilərindən belə bir söhbət eşitmədiyini qeyd edib.

O, İsrailin Livanla bağlı niyyətlərinə toxunaraq qeyd edib ki, onun Livan ərazisində heç bir ambisiyası yoxdur.

“İsrail Livanı udmaq istəsəydi, bunu bir göz qırpımında edərdi”, – Barak qeyd edib.

Livan və Suriya əlaqələrindən danışan Barak, atəşkəsin qarşıdakı dövr üçün kritik bir məsələ olduğunu vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az