Qazaxıstan Rusiya Federasiyası ilə münasibətləri daha da dərinləşdirməyə hazırdır.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, Altayda Rusiya Federasiyası və Qazaxıstanın baş nazirləri Mişustin və Bektenovun görüşü baş tutub.
Onlar investisiya, enerji, rəqəmsal, mədəni və humanitar sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Tərəflər qarşılıqlı ticarətin həcmini 30 milyard dollara çatdırmaq üçün məqsədyönlü şəkildə çalışdıqlarını vurğulayıblar.
Bektenov vurğulayıb ki, Qazaxıstan Rusiya Federasiyası ilə müxtəlif sahələrdə əlaqələrin dərinləşdirilməsi üçün böyük potensial görür və onların gələcək inkişafını gözləyir.
Xuraman Etibarlı
İnterpress.az