Qırğızıstanda magistral yolda daş uçqunu baş verib və nəqliyyatın hərəkətini tamamilə bağlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Qırğızıstanın Nəqliyyat və Rabitə Nazirliyi məlumat yayıb.
Qırğızıstanda Kazarman kəndi yaxınlığında magistral yolda daş uçqunu baş verib və nəqliyyatın hərəkətini tamamilə bağlayıb.
Bu gün, iyulun 24-də saat 12:00 radələrində alternativ Şimal-Cənub avtomobil yolunun 280-281-ci km-də dağ yamacından iri qaya kütləsi enib.
Nəticədə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Artıq qaya uçmasının nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparılır.
Xuraman Etibarlı
İnterpress.az