“Reuters”: Mask Ukraynanın 2022-ci il əks-hücumunun qarşısını almağa çalışıbbackend

“Reuters”: Mask Ukraynanın 2022-ci il əks-hücumunun qarşısını almağa çalışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mask Ukraynanın 2022-ci il əks-hücumunun qarşısını almağa çalışıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən yazır.

Amerikalı milyarder Mask 2022-ci ilin sentyabr ayının sonunda Ukraynadakı Starlink peyk rabitə sistemini söndürməyi əmr edib və bununla da Ukrayna Silahlı Qüvvələrinin cəbhədəki əks-hücumunu dayandırıb.

Qeyd olunur ki, o, SpaceX-in Kaliforniya ofisinin baş mühəndisinə Xerson vilayətində Starlink peyk rabitə sistemini dayandırmağı tapşırıb.

Kəskinlik Ukrayna hərbçiləri arasında çaxnaşma yaradıb. Rusiya qoşunlarının mövqelərini izləyən pilotsuz təyyarələr sıradan çıxıb və atəşin tənzimlənməsi üçün Starlink-dən asılı olan artilleriya bölmələri zərbələri dəqiq hədəfə almaq qabiliyyətini itirib.

Bu, Ukrayna ordusunun Xersonun şimal-şərqindəki Berislav bölgəsində rus qoşunlarını mühasirəyə almasına mane olub.

Agentliyin mənbələri iddia edir ki, Mask bu addımı Ukraynanın uğurlu hücumunun Rusiyanın nüvə reaksiyasına səbəb ola biləcəyi qorxusundan atıb.

Bu, Maskın hərbi əməliyyatlara ilk müdaxiləsi deyil. Daha əvvəl onun Ukrayna hərbçilərinin Krım bölgəsindəki Starlink-ə girişinə icazə vermədiyi bildirilirdi.

Mask hesab edirdi ki, Ukraynanın Sevastopol limanında Rusiya gəmilərinə hücumu da nüvə reaksiyasına səbəb ola bilər.

Starlink yüksək sürətli genişzolaqlı peyk internetə çıxışı təmin etmək üçün SpaceX tərəfindən yerləşdirilən qlobal peyk sistemidir.

Xuraman Etibarlı

İnterpress.az