Qazaxıstanda EC-145 hərbi helikopteri yoxa çıxıb.
İnterpress.az xəbər verir ki, bu barədə qazax mediası məlumat yayıb. Bildirilir ki, Qazaxıstanın Almatı vilayətində EC-145 hərbi helikopteri yoxa çıxıb.
İlkin məlumatlara görə, təyyarədə 3 ekipaj üzvü olub. Axtarış-xilasetmə əməliyyatları davam edir, 100-dən çox insan və 15-ə yaxın texnika, o cümlədən təyyarə və dronlar cəlb olunub.
Xuraman Etibarlı
İnterpress.az