Tailand Kamboca ilə sərhəddə Ukrayna tankları YERLƏŞDİRDİbackend

Tailand Kamboca ilə sərhəddə Ukrayna tankları YERLƏŞDİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tailand Kamboca ilə sərhəd döyüşlərində Ukraynaya məxsus T-84 Oplot tanklarını yerləşdirib.

İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

“Banqkok Preah Vihear məbədi kompleksi ərazisində Kamboca əsgərlərini atəşə tutmaq üçün tanklar göndərib”, – Tailandlı jurnalist Somponq Nondhasa bildirib.

Tailandda cəmi 49 T-84 Oplot tankı var. Onlar 2011-ci ildə alınıb, lakin uzun istehsal dövrü səbəbindən dərhal çatdırılmayıb.

Müqavilə tam olaraq 2018-ci ildə tamamlanıb.

Xuraman Etibarlı

İnterpress.az