ABŞ dövlət katibi ilə Özbəkistan XİN rəhbəri görüşübbackend

ABŞ dövlət katibi ilə Özbəkistan XİN rəhbəri görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Entoni Blinken və Özbəkistanın xarici işlər naziri Vladimir Norov Vaşinqtonda keçirilən görüşdə Əfqanıstan və Ukrayna xalqlarına yardımı müzakirə ediblər.

Bu barədə Dövlət Departamentinin Mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Məlumata görə, dövlət katibi ABŞ-ın Özbəkistanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə sarsılmaz dəstəyini vurğulayıb: “Tərəflər Ukrayna və Əfqanıstan xalqlarına yardımı da müzakirə ediblər”.

Bundan başqa, bildirilib ki, Blinken iyulda Qaraqalpaqıstanda baş vermiş hadisələrin tam və açıq araşdırılmasının vacibliyini qeyd edib.