ABŞ Efiopiyaya ərzaq yardımını dayandırırbackend

ABŞ Efiopiyaya ərzaq yardımını dayandırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Beynəlxalq İnkişaf Agentliyi Efiopiyaya edilən bütün ərzaq yardımlarının ehtiyacı olanlara çatmadığı üçün dayandırıldığını açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Araşdırmanın ölkəyə göndərilən ərzaq yardımının ehtiyacı olanlara çatmadığını üzə çıxarmasından sonra bütün yardımların dayandırılması qərarının alındığı bildirilib.

Bəyanatda bildirilib ki, islahatlar həyata keçirilməyənə qədər bir daha ərzaq paylanması aparılmayacaq.

USAID ötən ay milyonlarla insanın ehtiyacı olan Tigraya göndərdiyi Birləşmiş Millətlər yardımının oğurlanaraq bazarlarda satıldığına dair hesabat dərc edib.

Hesabatdan sonra həm USAID, həm də BMT agentlikləri Tiqraya yardımı dayandırıblar.

Humanitar Yardım və Dayanıqlıq Donor Qrupu (HRDG) yardımın Efiopiya federal hökumət rəsmiləri tərəfindən oğurlandığını iddia edib.