ABŞ Siyahıyaalma Bürosunun (Censuz Bureau) məlumatlarına görə, ölkə əhalisinin orta yaşı tarixin ən yüksək səviyyəsinə çatıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
2022-ci ilin iyul ayına qədər olan dövrü əhatə edən məlumatlar göstərib ki, ABŞ əhalisi getdikcə qocalır və ölkədəkilər daha az uşaq sahibi olur.
Məlumatlara görə, orta yaş həddi ən yüksək olan ştatlar Men (44,8) və Nyu-Hempşir (43,3), ən aşağı ştatlar isə ölkədə ən yüksək doğum göstəriciləri ilə Yuta (31,9) və Texas (35,5) ştatları olub.
2021-2022-ci illərdə ölkədə asiyalıların əhalisi 2,4 faiz, ispanlar 1,7 faiz, qaradərililər 0,9 faiz, ağlar isə 0,1 faiz artıb. Yerli Amerika əhalisi də 1,3 faiz artıb.
Əhalinin qocaldığı ABŞ-da COVID-19 epidemiyası ilə doğum nisbətləri sürətlə aşağı düşərkən, epidemiya dövründə əhali artımında təsirli olan immiqrantların sayı azaldı.