ABŞ-ın Aydaho ştatında bir evdə 4 nəfərin meyiti tapılıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Yerli KİV-in məlumatına görə, Kelloq ştatında kilsənin yaxınlığında atışma olub.
Xəbərdarlıqdan sonra hadisə yerinə gedən polis bir evdə 4 nəfərin cansız cəsədinin tapıldığını açıqlayıb.
Açıqlamada hadisə ilə bağlı araşdırma başlanıldığı və bir şübhəlinin nəzarətə alındığı bildirilib.
Yerli televiziya nəzarətə götürülən şübhəlinin 31 yaşında olduğunu söyləyib.
Televiziya kanalında rayon sakinləri qonşular arasında fikir ayrılığının olduğunu iddia ediblər.