ABŞ-ın hərbi PUA-sı Polşada meşəlik əraziyə düşübbackend

ABŞ-ın hərbi PUA-sı Polşada meşəlik əraziyə düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa Müdafiə Nazirliyi ABŞ hərbi pilotsuz təyyarəsinin ölkənin cənub-qərbində meşəlik əraziyə düşdüyünü açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Polşa Müdafiə Nazirliyinin dünən günorta saatlarında baş verən insidentlə bağlı açıqlamasında təlim zamanı pilotsuz təyyarə ilə əlaqənin kəsildiyi bildirilib.

Pilotsuz təyyarənin meşəlik əraziyə düşdüyü bildirilən açıqlamada hadisədə xəsarət alan və dağıntı olmadığı açıqlanıb.

Şahid Polşa mətbuatına bildirib ki, ölkənin cənub-qərbində Trzebien kəndi yaxınlığındakı meşəlik ərazidə bir obyektin yıxıldığını gördükdən sonra yanğınsöndürmə briqadasına məlumat verib.

Polşa Xəbər Agentliyinə danışan yanğınsöndürənlərin sözçüsü Piotr Pilarczyk bildirib ki, ordu yanğınsöndürmə briqadasından əvvəl hadisə yerinə gəlib.

Pilarçik qeyd edib ki, qanadının eni təxminən 8 metr olan pilotsuz uçuş aparatının düşməsindən sonra heç bir partlayış baş verməyib.

Associated Press-ə göndərdiyi elektron poçtda Müdafiə Nazirliyi pilotsuz təyyarənin ABŞ tərəfindən yığıldığını bildirib.

Məlumdur ki, Polşanın müxtəlif bölgələrində 10500-ə yaxın ABŞ hərbçisi var.