Nigeriyanın cənub-şərqindəki Anambra əyalətində ABŞ səfirliyinin əməkdaşlarına silahlı hücum nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Belə ki, mayın 16-da Oqbaru bölgəsində ABŞ işçilərini hədəf alan hücumda həyatını itirənlərin sayının 7-yə yüksəldiyini bildirib.
2 nəfərin isə hələ də itkin olduğu bildirilib.
Hücumdan sonra Biafranın Yerli Xalqları (IPOB) terror təşkilatına qarşı əməliyyat keçirilib.
İlkin məlumata görə, mayın 16-da humanitar yardım fəaliyyəti üçün Anambra əyalətinə gedən ABŞ səfirliyinin əməkdaşlarının Oqbaru bölgəsinə hücumu nəticəsində 2 ABŞ səfirliyinin yerli əməkdaşı və 2 polis əməkdaşı həlak olub.
Prezident Buhari hücumu pisləyib və günahkarların ədalət qarşısında cavab verəcəyinə söz verib.
Hələlik hücumu heç kim üzərinə götürməsə də, bu cür hücumlar zaman-zaman İPOB tərəfindən təşkil edilir.
1967-ci ildə Biafra əhalisi Nigeriyanın cənubunda müstəqil Biafra dövlətinin yaradılması tələbi ilə ayağa qalxdıqda başlayan vətəndaş müharibəsində milyonlarla insan həlak oldu.
1967-ci ildə ölkənin cənub-şərqində qurulan Biafra Respublikası vətəndaş müharibəsinin sonunda yenidən Nigeriyanın suverenliyinə keçdi.