ABŞ-ın Nyu Meksiko ştatında baş verən silahlı hücumda ikisi polis olmaqla 3 nəfərin öldüyü, 6 nəfərin yaralandığı açıqlanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Silahlı şəxsin təsadüfi atəş açdığı, 3 mülki vətəndaşı öldürdüyünü və 4 nəfərin yaralandığı bildirilib.
Hadisəyə müdaxilə edən iki polis məmurunun da yaralandığı hadisədə təcavüzkar ölü tapılıb.
Farmington polisi 18 yaşlı hücumçunun kimliyi ilə bağlı məlumat verməsə də, hücumun səbəbi ilə bağlı araşdırmanın davam etdiyini açıqlayıb.