ABŞ-ın Texas ştatının Panhandle qəsəbəsində dünən baş verən qasırğa nəticəsində 3 nəfər ölüb, onlarla insan yaralanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Texas qubernatoru Qreq Abbott fırtınalar səbəbindən ştatda “fövqəladə vəziyyət” elan etdiyini açıqlayıb.
Fırtınanın dünən yerli vaxtla saat 17:00 radələrində şəhərdə fəsadlar törədiyini bildirib.
Fırtına səbəbindən 2 nəfərin hələ də itkin düşdüyü qeyd edilib.
Oçiltri rayonundakı xəstəxanada 50-100 nəfərin müalicə olunduğu, 10 nəfərin vəziyyətinin ağır olduğu bildirilib.
Təhlükəsizlik məsələləri ilə əlaqədar səhər saat altıya qədər komendant saatı elan ediləcək.
Qeyd edək ki, ABŞ-ın cənub ştatları, Missisipi, Alabama, Florida və Corciyada 106 mindən çox insan şiddətli fırtınalar səbəbindən işıqsız qalıb.