ABŞ-ın ticari xam neft ehtiyatları azalırbackend

ABŞ-ın ticari xam neft ehtiyatları azalır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın kommersiya xam neft ehtiyatları keçən həftə əvvəlki həftə ilə müqayisədə təxminən 600 min barrel azalıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki ticari xam neft ehtiyatlarının keçən həftə təxminən 600 min barrel azalaraq 456 milyon 800 min barel olduğunu açıqlanıb.

Bazar gözləntisi ehtiyatların 1 milyon 319 min barel artacağı idi.

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə dəyişməyərək 346 milyon 800 min barrel olub.

Digər tərəfdən, ABŞ-ın benzin ehtiyatları sözügedən dövrdə 800 min barrel azalaraq 217 milyon 600 min barelə enib.

ABŞ-ın xam neft idxalı əvvəlki həftə ilə müqayisədə gündəlik 807 min barrel azalaraq 6 milyon 367 min barel olub. Xam neft ixracı isə gündəlik orta hesabla 777 min barrel artaraq 4 milyon 591 min barrelə yüksəlib.

Ölkənin gündəlik xam neft hasilatı 15-21 iyul həftəsində 99 min barrel azalaraq 12 milyon 607 min barrel olaraq qeyd edilib.

EIA-nın “2023 İyul Qısamüddətli Enerji Görünüşü Hesabatı”na görə, ABŞ-ın orta gündəlik xam neft hasilatının bu il 12 milyon 560 min barrel, gələn il isə 12 milyon 850 min barrel olacağı gözlənilir.