ABŞ-la AB uduzdu, Qarabağ belə olacaq” – Amerikalı politoloqbackend

ABŞ-la AB uduzdu, Qarabağ belə olacaq” – Amerikalı politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanа döyüş meydanında qələbə qazanan Azərbaycandan başqa, Rusiya və Türkiyə də daha qlobal səviyyədə qələbə qazanıb, ABŞ və Avropa Birliyi isə uduzan tərəfdir.

 

bunu amerikalı politoloq Endryu Korıbko deyib.

“Erməni diasporu Ermənistanda hakimiyyəti tamamilə nəzarətə götürüb, bu amil İkinci Qarabağ müharibəsi zamanı özünü göstərdi. Diaspor Ermənistanı təhlükəli və demək olar ki, məhvedici vəziyyətə salıb. Onun məqsədi Rusiyanı münaqişəyə cəlb etmək idi. ABŞ-dakı erməni diasporu Rusiya-Türkiyə müharibəsini qızışdırmaq istəyirdi. Amma hər iki ölkə qalib gəldi, diasporun ultramillətçi əhval-ruhiyyəli nümayəndələri isə məğlub oldu”, – ekspert qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın Qarabağ iqtisadi zonası çox dəyişəcək və bu reabilitasiya modeli digər regional münaqişələr üçün nümunə ola bilər:

“Müharibədən sonrakı Qarabağ 10 il ərzində möhtəşəm məkana çevriləcək. Siz orada sürətli inkişaf görəcəksiniz. Azərbaycan da öz çoxqütblü nüfuzunu uğurlu reinteqrasiya, Qarabağın bərpası vasitəsilə qurur. Hesab edirəm ki, iqtisadi diplomatiyanın bu modeli xarici oyunçuları sərmayə yatırmağa cəlb edə bilər. Həmin model Hindistan, Pakistan və Çin arasında sinerjini yaratmaq üçün, məsələn, Kəşmir münaqişəsinin həlli üçün də istifadə oluna bilər”./Axar.az