ABŞ Məxfi Xidməti Ağ Evdə tapılan və kokain olması ehtimal edilən maddəni ətraflı araşdırma üçün laboratoriyaya göndərib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
İyulun 2-də Ağ Evdə tapılan şübhəli maddənin ilk sınaqlarda kokain olduğu qənaətinə gəlinsə də, hələlik bununla bağlı rəsmi açıqlama verilməyib.
Saat 20.49-da qeydə alınan səs yazısında polis və yanğınsöndürmə idarələrinin canlı və arxiv radio yayımlarının dinlənilə biləcəyi səs yazısında yanğınsöndürən ilk testin nəticəsinin kokain olduğu açıqlanıb.
Adının açıqlanmasını istəməyən və istintaqa cəlb olunan digər məmur bu görüşün Ağ Evdən olduğunu təsdiqləyərək həmin maddənin cüzi məbləğdə olduğunu bildirib.
Vaşinqton Yanğınsöndürmə Departamentinin sözçüsü Vito Maggiolo bildirib ki, agentlik araşdırmada ABŞ Məxfi Xidmətinə dəstək verir.
Maggiolo məsələ ilə bağlı əlavə məlumat verməyib.
Hüquq-mühafizə orqanları, ABŞ Məxfi Xidmətinin tapılan maddənin nə olduğunu müəyyən etmək üçün araşdırmaları davam etdirdiyini açıqlayıb.
Məxfi Xidmət Rabitə Başçısı Anthony Guglielmi də maddənin nə olduğunu müəyyən etmək üçün sınaqdan keçirildiyini və onun Ağ Evə necə daxil olduğunu araşdırdıqlarını söyləyib.
Hadisənin Ağ Evdə yüksək təhlükəsizlik xəbərdarlığına və qısa müddətli təxliyəyə səbəb olduğunu ifadə edən Quqlielmi Vaşinqton yanğınsöndürmə idarəsinin maddənin təhlükə yaratmadığını müəyyən etdiyini ifadə edib.
Maddənin binada rutin yoxlamalar zamanı tapıldığını qeyd edən Guglielmi, maddənin tam olaraq harada tapıldığı və necə qablaşdırıldığı ilə bağlı sualları cavablandırmayıb.
Hadisə və evakuasiya zamanı prezident Co Baydenin Ağ Evdə olmadığı öyrənilib.