Yaxın Şərqdəki müharibə neft qiymətlərini kəskin bahalaşdırıb.
İnterpress.az xəbər verir ki, bu barədə dünya birjaları məlumat yayıb.
Yaxın Şərqdə hərbi gərginliyin artması dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə yüksəlməsinə səbəb olub. ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarından sonra xammal tədarükündə yarana biləcək fasilə riskləri neft qiymətlərini 6% bahalaşdırıb.
Bakı vaxtı ilə səhər saatlarında “Brent” markalı neftin may fyuçersləri 6,12% artaraq bir barel üçün 77,33 dollara (təxminən 131,46 manat) çatıb. “WTI” markalı neftin aprel fyuçersləri isə 6,1% dəyər qazanıb. Qeyd edək ki, bazar ertəsinə keçən gecə “Brent” neftinin qiyməti bir barelə görə 81 dolları (təxminən 137,70 manat) keçib.
Ekspertlər bildirirlər ki, hərbi əməliyyatların miqyası genişlənərsə, enerji bazarında daha böyük dalğalanmalar qaçılmaz olacaq.
Xuraman Etibarlı
İnterpress.az






