ABŞ ordusuna məxsus milyonlarla sənəd səhvən Maliyə göndərilibbackend

ABŞ ordusuna məxsus milyonlarla sənəd səhvən Maliyə göndərilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ ordusunun şəxsi heyətinə aid milyonlarla məxfi məlumatı ehtiva edən e-poçt yazışmaları hərf səhvinə görə səhvən Afrika ölkəsi Maliyə göndərilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

ABŞ ordusunun “.mil” domen adı səhvən Malinin “.ml” domen adı ilə qarışdırıldıqdan sonra milyonlarla elektron məktub səhv ünvana göndərilib.

Qeyd edilib ki, sözügedən elektron məktublarda yüksək rütbəli hərbi məmurların diplomatik sənədləri, vergi qeydləri, parolları və marşrutları kimi həssas məlumatlar var.

Pentaqonun sözçüsü Tim Qorman Müdafiə Nazirliyinin bu problemdən xəbərdar olduğunu bildirib.

Qorman qeyd edib ki, Müdafiə Nazirliyi elektron məktubların qarşısını almaq üçün təlim və texniki nəzarət həyata keçirib.

Dövlət işlərində şəxsi e-poçt hesablarından istifadənin qarşısını alan texniki nəzarətin həyata keçirilməsinin mümkün olmadığına diqqət çəkən Qorman, Müdafiə Nazirliyinin bununla bağlı şəxsi heyətinə təlimat və təlimlər verməyə davam etdiyini bildirib.

Mali ilə bağladığı müqaviləyə uyğun olaraq “.ml” domen adını idarə edən holland internet sahibkarı Yohannes Zuurbier FT-yə 2013-cü ildən bəri oxşar saxta e-poçtları almağa davam etdiyini və məsələnin ABŞ-a ünvanlandığını söyləyib. ABŞ-ın Malidəki səfirliyi də daxil olmaqla müxtəlif səviyyələrdə səlahiyyətlilərə xəbər verdiyini qeyd edib.

Təkcə yanvar ayından bu yana ABŞ ordusunun şəxsi heyətinə aid təxminən 117 min e-poçtun ona ötürüldüyünə diqqət çəkən Zuurbier, bununla bağlı yarana biləcək risklərdən də narahat olduğunu dilə gətirib.