ABŞ Rusiyada hərbi xidmətdən yayınanların bütün müraciətlərinə fərdi qaydada baxacaqbackend

ABŞ Rusiyada hərbi xidmətdən yayınanların bütün müraciətlərinə fərdi qaydada baxacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ hakimiyyət orqanlarının nümayəndələri qismən səfərbərliklə əlaqədar Rusiya vətəndaşlarının sığınacaq üçün müraciətlərinə fərdi qaydada baxacaqlar.

Bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer sentyabrın 26-da jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

“Belə şəxslərin müraciətlərinə fərdi qaydada baxılacaq. Biz bu məsələdəki rolumuzu belə görürük”, – deyə o, jurnalistlərin sualını cavablandırıb.

Xatırladaq ki, Rusiyada qismən səfərbərliyin tətbiqi haqqında fərmanı Rusiya prezidenti Vladimir Putin 2022-ci il sentyabrın 21-də imzalayıb.

Mənbə: rossaprimavera.ru