ABŞ rusiyalı hakerin başına 10 milyon dollar pul mükafatı qoyubbackend

ABŞ rusiyalı hakerin başına 10 milyon dollar pul mükafatı qoyub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət Departamenti Rusiya vətəndaşı Mixail Pavloviç Matveyevin ABŞ-da hüquq-mühafizə orqanlarına, şirkətlərə və kritik infrastruktura qarşı bir çox hakerlik fəaliyyətlərində oynadığı rola görə ələ keçirilməsi üçün məlumat verənlərə 10 milyon dollara qədər mükafat veriləcəyini açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

ABŞ Dövlət Departamentindən bildirilib ki, Rusiya kibercinayətkarlar üçün təhlükəsiz bir sığınacaqdır və zərərli proqram aktyorlarının ABŞ, onun tərəfdaşları və müttəfiqlərinə qarşı zərərli kiber əməliyyatları sərbəst şəkildə həyata keçirdikləri mühit təmin edir.

Qeyd edilib ki, Dövlət Departamentinin Beynəlxalq Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Mükafat Proqramı çərçivəsində Rusiya vətəndaşı Mixail Pavloviç Matveyevin beynəlxalq mütəşəkkil cinayətkarlıqda saxlanmasına və ya məhkum edilməsinə səbəb olan məlumatları təqdim edənlərə 10 milyon dollara qədər mükafat təklif edilir.

Ədliyyə Nazirliyinin Vaşinqton və Nyu Cersi ştatlarında iki məhkəmədə Matveyevə qarşı iddia qaldırdığını bildirən Miller, rus hakerin də ABŞ Maliyyə Nazirliyi tərəfindən sanksiya siyahısına salındığını qeyd edib.

“Biz bu addımları Matveyevin ABŞ-da və bütün dünyada Amerika hüquq-mühafizə orqanlarına, bizneslərinə və kritik infrastruktura qarşı kiberhücum insidentlərindəki roluna görə edirik” – məlumatda vurğulanıb.