ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdibackend

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin dördüncü ayında ABŞ Ticarət Nazirliyi daha 70 rus şirkətinə qarşı ixrac sanksiyaları tətbiq edib.

İnterpress.az xəbər verir ki, bu barədə Ağ Evin saytında bildirilir.

“Ak Bars” Holdinqi, “Rubin” Səhmdar Cəmiyyəti, “Qazprom Neft Şelf”, S. V. İlyuşin adına Aviasiya Kompleksi, Yakovlev Dizayn Bürosu və “Voentelecom” uzadılmış sanksiyalara məruz qalıb.

Bundan əlavə, Belarusun “Eleron” şirkəti də sanksiyalara məruz qalıb.

ABŞ Ticarət Departamenti qeyd edib ki, bu şirkətlər “milli təhlükəsizliyə və ya ABŞ-ın xarici siyasətinin maraqlarına zidd fəaliyyətlərdə” iştirak edirlər.