ABŞ öz inventarından Tayvana 345 milyon dollar hərbi dəstək verəcək.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
ABŞ prezidenti Joe Biden, prezidentlik sirkulyarında ABŞ ordusunun Tayvana öz inventarından müdafiə materialları, eləcə də hərbi təhsil və təlimi əhatə edən 345 milyon dollarlıq hərbi yardım edəcəyini açıqlayıb.
Paketin məzmunu ilə bağlı ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) hələ heç bir açıqlama verilməsə də, Tayvana verilən bu dəstəyin Çinin reaksiyasını çəkəcəyinə dair şərhlər edilir.
Bir çox ABŞ qanunvericiləri Tayvana silah satmaq üçün administrasiyaya təzyiq edirdilər.
Çinin öz ərazisinin bir hissəsi kimi müdafiə etdiyi Tayvan 1949-cu ildən Çin Xalq Respublikasının yarandığı vaxtdan de-fakto müstəqillik əldə edib. Çin və Tayvan arasında vətəndaş müharibəsindən sonra yaranan ayrılıq hələ də davam edir.
Pekin “vahid Çin” prinsipini vurğulayaraq Tayvanın dünya ölkələri ilə müstəqil diplomatik əlaqələr qurmasına, Birləşmiş Millətlər Təşkilatında və digər beynəlxalq təşkilatlarda təmsilçiliyinə qarşı çıxır və onu tanıyan ölkələrin Tayvanla diplomatik əlaqələri kəsməsini şərt qoyur.