ABŞ: Türkiyəyə F-16 satışını açıq şəkildə dəstəkləyirikbackend

ABŞ: Türkiyəyə F-16 satışını açıq şəkildə dəstəkləyirik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət Departamenti Türkiyəyə F-16-ların satışını açıq şəkildə dəstəklədiklərini və Türkiyənin Avropa Birliyi hədəflərini dəstəkləməyə davam edəcəklərini açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat konfransında mətbuat mənsublarının suallarını cavablandırıb.

İsveçin NATO üzvlüyünün və F-16-ların satışının iki ayrı məsələ olduğunu qeyd edən Miller bildirib: “Bir müddətdir F-16 satışında Türkiyəni dəstəklədiyimizi açıq şəkildə elan etdiyimiz üçün onlara özəl görüşlərdə də deyirik. Ancaq biz bunu açıqlayırıq, biz bunun belə olduğuna inanmırıq. Bir qrup Konqres üzvü var ki, bunun NATO üzvlüyü ilə əlaqəli olması lazım olduğuna inanırlar”.

Türkiyənin NATO üzvlüyü ilə bağlı narahatlıqlarını aradan qaldırmaq üçün İsveçin konstitusiyasında dəyişiklik etdiyini, yeni qanun qəbul etdiyini, terror şübhəlilərini həbs etdiyini və araşdırmalarını davam etdirdiyini bildirən Miller, bunların Türkiyənin narahatlığını azaltmaq üçün kifayət olduğuna inandıqlarını ifadə edib.

Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü tərəfindən edilən yazılı açıqlamada bildirilib ki, ABŞ Türkiyənin Aİ-yə üzv olmaq istəyini hər zaman dəstəkləyib və dəstəkləməyə davam edir.