ABŞ: Ukraynada vurulan “Patriot” sistemi işə düşübbackend

ABŞ: Ukraynada vurulan “Patriot” sistemi işə düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ rəsmisi Rusiyanın Ukraynada hədəf aldığı “Patriot” hava hücumundan müdafiə sisteminin cüzi ziyan görsə də, hazırda fəaliyyətə başladığını açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Rusiyanın Ukraynanın paytaxtı Kiyevdə ABŞ istehsalı olan “Patriot” hava hücumundan müdafiə sistemini hipersəsli “Kinjal” raketi ilə vurduğunu açıqlayan ABŞ rəsmisi, Ukraynada “Patriot” sisteminin hədəf alındığını təsdiqləyib.

Qurum rəsmisi sistemin bir qədər zədələndiyini, lakin hələ də işlək vəziyyətdə olduğunu bildirib.

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Ukraynanın paytaxtı Kiyevdə ABŞ istehsalı olan “Patriot” hava hücumundan müdafiə sistemini hipersəs “Kinjal” raketi ilə vurduqlarını qeyd edib.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü briqada generalı Patrik Rayder mayın 10-da bildirib ki, Ukrayna ordusu Rusiyanın “Kinjal” hipersəs raketini “Patriot” raketi ilə vurub.