ABŞ Ukrayna və Latın Amerikasından Bayden dövründə ölkəyə girişinə icazə verilən miqrantların müraciətlərini dayandırıb.
İnterpress.az xəbər verir ki, bu barədə CBS News ABŞ rəsmilərinə və daxili yazışmalara istinadən xəbər verir.
Birləşmiş Ştatlar Ukrayna və Latın Amerikasından əvvəlki prezident Bayden dövründə tətbiq edilən bəzi proqramlar çərçivəsində ölkəyə girişinə icazə verilən miqrantların müraciətlərini dayandırıb.
Hökumət rəsmiləri “potensial fırıldaqçılığı” müəyyən etmək və “milli təhlükəsizlik və ictimai təhlükəsizlik narahatlıqlarını azaltmaq” üçün yoxlama prosedurlarına başlandığını bildiriblər. Ərizələrin dondurulması qeyri-müəyyən müddətə qüvvədə qalacaq.
Yanvarın 25-də ABŞ Rusiya-Ukrayna müharibəsi başlayandan sonra 150 mindən çox ukraynalıya ölkəyə köçməyə imkan verən “Ukrayna naminə birləşmə” təşəbbüsünü dayandırıb.
Xuraman Etibarlı
İnterpress.az