ABŞ Ukraynaya 20-yə yaxın ATACMS taktiki ballistik raketi verib.
İnterpress.az xəbər verir ki, bu barədə “The New York Times” yazıb.
Bildirilib ki, Ukrayna həmin silahların Rusiya ərazisində istifadə olunmayacağına söz verib.
Qeyd olunub ki, sözügedən raketlərin Rusiya ərazisində istifadə olunması nəticəsində Moskva “qırmızı xətləri” keçə bilər ki, bu da müharibənin daha da genişlənməsinə səbəb olar.
Bundan başqa, qeyd olunub ki, ABŞ Ukraynaya “Leopard 2A6”, “Leopard 2A5” və “Leopard 1A5” tanklarını təhvil verib.