Suriya ABŞ-nin İran və “Hizbullah”la mübarizədə tərəfdaşı olacaq.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ-nin xüsusi nümayəndəsi Tomas Barak “X” hesabında məlumat yayıb.
Barak bildirib ki, Suriya ABŞ-yə İŞİD, SEPAH, HƏMAS, “Hizbullah” və digər terror qruplaşmalarına qarşı mübarizədə aktiv kömək etməyə razılaşıb.
Bu açıqlama Suriya prezidenti Əhməd əl-Şəraanın Ağ Evə səfərindən sonra verilib.
Diplomat qeyd edib ki, bu addım Suriyanın təcriddən çıxaraq Vaşinqtonla tərəfdaşlığa keçdiyini və Yaxın Şərqdə sabitlik və təhlükəsizliyin təmin olunması istiqamətində birgə səylər üçün yeni imkanlar açdığını göstərir.
Bu razılaşma regionda geosiyasi balansı dəyişə bilər və ABŞ-nin Yaxın Şərq strategiyasında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Xuraman Etibarlı
İnterpress.az






