Məktəbdə QƏDDARLIQ: Müəllim şagirdlərə İŞGƏNCƏ VERDİ – VİDEObackend

Məktəbdə QƏDDARLIQ: Müəllim şagirdlərə İŞGƏNCƏ VERDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Primoryedə müəllim şagirdlərin ağzını skoçla bağlayıb və stullarla vurub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Primorye vilayətində yerləşən Artyom şəhər məktəblərindən birində müəllimin şagirdlərə qarşı qəddar davranışı cəmiyyətdə rezonans doğurub.

İddiaya görə, məktəbin 1 nömrəli orta təhsil müəssisəsində riyaziyyat müəllimi dərs zamanı uşaqları döyür, onlara stul atır və ağzını skoçla bağlayır.

Məktəbdəki videomüşahidə kameraları belə müəlliməni dayandırmayıb. Şagirdlərin valideynləri dəfələrlə direktorun ünvanına şikayət etsə də, rəhbərlik tədbir görməyib.

Hazırda hadisə ilə bağlı prokurorluq araşdırmaya başlayıb, sinifdəki kamera görüntüləri dəlil kimi götürülüb.

Müəllimin barəsində intizam və cinayət məsuliyyəti məsələsinə baxılır.

Təhsil Nazirliyi də insidentlə bağlı məlumat toplayır və uşaqların təhlükəsizliyinin təmin olunacağı bildirilir.

Xuraman Etibarlı

İnterpress.az