Türkiyədə ana və 5 yaşlı oğlu dağlarda donaraq ÖLDÜ – FOTObackend

Türkiyədə ana və 5 yaşlı oğlu dağlarda donaraq ÖLDÜ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə faciə: ana və 5 yaşlı oğlu dağlarda donaraq həlak olub

İnterpress.az xəbər verir ki, bu barədə “Hürriyet” məlumat yayıb.

Türkiyəni sarsıdan hadisənin təfərrüatları açıqlanıb. 43 yaşlı Huriye Helvacı və onun beş yaşlı oğlu Osman Yaşar Helvacının meyitləri dağlıq ərazidə tapılıb.

İlkin ekspertizaya görə, cəsədlərdə zorakılıq izləri aşkarlanmayıb.

Qadın paltarsız vəziyyətdə tapılıb, geyim əşyaları isə təxminən 15 metr aralıda olub. İstintaq versiyasına əsasən, ana və uşaq güclü soyuq səbəbindən donaraq ölüb.

Mütəxəssislər bildiriblər ki, hipotermiyanın son mərhələsində insan bədəninin səhv siqnal göndərməsi nəticəsində saxta istilik hissi yaranır və o, paltarlarını çıxara bilər.

Hadisə yerində qadının çantası aşkarlanıb, lakin mobil telefon hələ tapılmayıb. Ölümün dəqiq səbəbi Ankarada keçiriləcək ekspertizadan sonra müəyyən ediləcək.

Türkiyə ictimaiyyəti faciəyə kəskin reaksiya verib. Sosial şəbəkələrdə insanlar “bir ana və uşağın evlərindən cəmi bir neçə kilometr aralıda təkbaşına necə həlak ola biləcəyi” ilə bağlı suallar ünvanlayır.

Yerli hakimiyyət orqanları ərazidə hava şəraitinin son günlərdə kəskin pisləşdiyini və bu istiqamətdə axtarışların genişləndirildiyini bildirib.

Xuraman Etibarlı

İnterpress.az