Qocalığın qarşısını alan infraqırmızı terapiya TƏQDİM EDİLDİbackend

Qocalığın qarşısını alan infraqırmızı terapiya TƏQDİM EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynin gəncliyini uzatmaq artıq mümkün ola bilər.

İnterpress.az xəbər verir ki, bu barədə elm adamlarının “Perspektiv strategiya: qocalıqla əlaqəli nevroloji pozuntulara qarşı mübarizə” adlı yeni araşdırmasında məlumat verilib.

Tədqiqatçılar bildiriblər ki, beynin və onun qişalarının infraqırmızı işıqla stimulyasiyası demensiyadan qorunmaq və beyinin gəncliyini saxlamaq üçün təhlükəsiz üsul ola bilər.

Alimlərin fikrincə, infraqırmızı dalğa uzunluğu 1275 nanometr olan şüalar oksid azotu sintezini artıraraq limfa damarlarını genişləndirir və beynin toksinlərdən daha sürətli təmizlənməsini təmin edir.

Hazırda planetin əhalisi sürətlə qocalır — 2050-ci ilə qədər 60 yaşdan yuxarı insanların sayı iki milyarda çata bilər.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, 20 il ərzində gündə altı saatdan az yatan insanlarda demensiya riski 30%-ə qədər yüksəlir.

Qeyd edək ki, bu üsul gələcəkdə beyin sağlamlığını qorumaq və qocalma prosesini ləngitmək üçün ən ümidverici texnologiyalardan biri hesab olunur.

Xuraman Etibarlı

İnterpress.az