ABŞ Dövlət Departamenti SSRİ ilə nüvə müharibəsi riski barədə sənədləri silib.
İnterpress.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
ABŞ Dövlət Departamenti 1983-cü ildə NATO-nun hərbi təlimləri zamanı SSRİ ilə nüvə müharibəsi riskindən bəhs edən qeydləri izahsız şəkildə arxivdən silib.
Qanunvericiliyə əsasən, qurum 30 ildən sonra xarici siyasətə dair dəqiq tarixi məlumatları ictimaiyyətə açıqlamalıdır.
Məlumata görə, 2022-ci ildə Reyqan administrasiyasına aid materialların toplandığı cild silinib, bu il yenidən dərc olunan versiyada isə 15 səhifəlik hissə artıq yoxdur.
Silmədən öncəki sənədlərdə qeyd olunurdu ki, həmin dövrün NATO təlimləri real nüvə hücumunu xatırlatdığı üçün Sovet İttifaqı nüvə müharibəsinə hazırlığa başlayıb.
Dövlət Departamenti itkin səhifələrin səbəbi və ya məzmunu barədə şərh verməkdən imtina edib.
Xuraman Etibarlı
İnterpress.az






