Kareliyada Su-30 qırıcı təyyarəsi qəzaya uğrayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Hadisə Kareliyanın Prionejsk rayonu ərazisində baş verib. İlkin məlumata görə, Su-30 tipli hərbi təyyarə uçuş zamanı qəzaya uğrayıb.
Qəza nəticəsində ekipaj üzvlərindən iki nəfər həlak olub.
Hadisə yerinə fövqəladə xidmətlər cəlb olunub. Qəzanın səbəbləri araşdırılır.
Müdafiə Nazirliyinin məlumatına əsasən, təyyarə planlaşdırılmış təlim uçuşu həyata keçirirdi və yerə düşərkən yaşayış məntəqələrinə zərər dəyməyib.
Xuraman Etibarlı
İnterpress.az






