ABŞ və Ukraynanın müdafiə nazirləri təcili müzakirələrə başlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukraynanın müdafiə naziri Oleksi Reznikovla telefon danışığı aparıb.
Regional təhlükəsizliklə bağlı və Ukraynadakı vəziyyət müzakirə edilib.
ABŞ-ın Ukraynaya sarsılmaz dəstəyini çatdıran bəyanatda Ukraynanın müharibə cəbhəsindəki ehtiyaclarını ödəmək üçün təhlükəsizlik yardımı sahəsində prioritetlərin müzakirə edildiyi qeyd edilib.
Bəyanatda nazirlər yaxın təmasda qalacaqlarını təsdiqləyiblər.