ABŞ və Yaponiya yeni nəsil nüvə reaktorlarının yaradılmasında əməkdaşlıq edəcəkbackend

ABŞ və Yaponiya yeni nəsil nüvə reaktorlarının yaradılmasında əməkdaşlıq edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və Yaponiya yeni nəsil nüvə reaktorlarının, o cümlədən kiçik modul tipli reaktorların hazırlanmasında və tikintisində əməkdaşlıq edəcəklər.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye naziri Nişimura Yasutoşi Vaşinqtona səfəri çərçivəsində ABŞ-ın energetika naziri Cennifer Qranholm ilə görüşüb.

Enerji məsələlərinə, o cümlədən mayeləşdirilmiş təbii qaza toxunan iki nazir enerji mənbələri üçün əlaqəli tənzimləmə mühitinin saxlanması barədə razılığa gəliblər.

Nazirlərin birgə bəyanatına əsasən, Yaponiya və ABŞ yeni nəsil və müasir nüvə reaktorlarının, o cümlədən kiçik modul tipli reaktorların hazırlanması və tikintisi sahəsində əməkdaşlıq edəcəklər.