ABŞ Rusiya təyyarələrinin bölgədəki “təhlükəsiz hərəkətlərini” əsas gətirərək Yaxın Şərqə F-22 döyüş təyyarələrini göndərib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
ABŞ Mərkəzi Komandanlığından (CENTCOM) bildirilib ki, Rusiya təyyarələrinin bölgədə artan təhlükəli və qeyri-peşəkar davranışları qarşısında, ABŞ Hərbi Hava Qüvvələri çox yönlü əməliyyatların bir hissəsi olaraq CENTCOM-un missiya bölgəsində F-22 döyüş təyyarələrini yerləşdirib.
“Rusiya qüvvələrinin təhlükəli və qeyri-peşəkar hərəkətləri peşəkar hava qüvvələrindən gözlənilən hərəkətlər deyil. Rusların münaqişənin qarşısını almaq üçün tədbirləri davamlı şəkildə pozması. Razılaşmalarla təyin olunan uçuş zonaları gərginlik və ya səhv riskini artırır”, – məlumatda qeyd edilib.






